XƏBƏRLƏR
MƏLUMAT
“Azərbaycan Milli Ensiklopediyası”nın 9-cu cildi nəşr edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2020 03:30

Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi çap olunub.

“F” və ”G” hərfləri üzrə materialların bir hissəsini əhatə edən 9-cu cildin həcmi 75,0 şərti çap vərəqi (600 səhifə) təşkil edir. Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildləri kimi 9-cu cildi də yüksək bədii tərtibatla hazırlanıb, məqalələr, termin və məlumatlar yeri gəldikcə şəkil, xəritə və sxemlərin müşayiətilə verilib. Nəşrdə dünya sivilizasiyasının mühüm mərhələlərini, ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələri ilə yanaşı, texnikaya, ayrı-ayrı fəaliyyət sahələrinə dair terminlərin elmi izahı yer alıb.

Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri, mütəxəssislər iştirak ediblər.

Xatırladaq ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində milli ensiklopediyanın 10-cu cildi çapa hazırlanır, paralel olaraq növbəti cildlər üzərində iş gedir.

Baxış sayı: 207