XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2022 06:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Günay Süleymanova Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov haqqında videoçarx hazırlayıb.

Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanıdır. 1922-ci il noyabrın 22-də Gəncədə anadan olan Fikrət Əmirov əslən Şuşalıdır. Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli olub. O, geniş və rəngarəng yaradıcılığa sahib idi. Musiqinin bir çox janrında əsərlər yaradıb. “Sevil” operası, “Min bir gecə”, “Nəsimi dastanı”, “Nizami” baletləri, “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, Muğam-poema”sı Azərbaycan mədəni irsinin dəyərli nümunələridir. “Ürəkaçanlar” və “Gözün aydın” operattaları səhnə musiqi sahəsindəki fəaliyyəti sırasında yazdığı ilk əəsərlərdir. Bu sahədə yazdığı ən uğurlu əsərlərdən biri isə “Nizami” simfoniyası sayılıb.

“Şur” və “Kürd ovşarı” simfonik muğamları 1948-ci ildə, milli musiqi tarixində ilk lirik opera sayılan “Sevil” operası isə 1950-ci ildə yazılıb. Bəstəkarın yaradıcılığında eyni zamanda vokal janrına dair əsərləri görmək mümkündür. 1970-ci illərə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “ Azərbaycan qravürləri”, “Gülüstan-Bayatı Şiraz” simfonik muğamını və “Min bir gecə” nağılları əsasında eyniadlı baletini yazıb.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Bəstəkar Fəxri Xiyabanda dəfn edilib.

Aşağıdakı keçidlərə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.facebook.com/100007549111926/videos/748842099576294/

https://www.instagram.com/tv/Cea9PIAg7dy/?utm_source=ig_web_copy_link

Baxış sayı: 337