XƏBƏRLƏR
MƏLUMAT
Amerika ədəbiyyatında romantik hərəkatın lideri - yazıçı Edqar Allan Po
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2021 01:41

Edqar Allan Po 1809-cu ilin 19 yanvar tarixində Boston şəhərində aktyor ailəsində anadan olub. Valideynlərini çox erkən yaşlarında itirən Edqar Con Allan adlı varlı tacir tərəfindən oğulluğa götürülüb. Əvvəlcə İngiltərədə tərbiyə alan Edqar 1826-cı ildə Virciniya universitetinə xarici dilləri öyrənmək istəyilə qəbul olunub.

1830-cu ildə hərbi akademiyada təhsilini davam etdirir, lakin tezliklə burdan uzaqlaşır və bu hadisə ögey atası ilə münasibətlərinə son qoyur. Gənc Edqar bütün maliyyə imkanlarından məhrum olaraq yoxsulluğa düçar olur, lakin tezliklə özünü peşəkar ədəbiyyatçı və jurnalist kimi göstərən Edqar Po çox ağır və sonu faciə ilə yekunlaşacaq həyata başlayır.

Edqar Allan Po 1849-cu il 7 oktyabrda Baltimorda vəfat edib. Həkimlər onun quduzluğa yoluxma səbəbindən öldüyünü iddia edirlər. Edqar Allan Po "Anabel Li", "Zınqırovlar", "Qaranquş", "Quzğun", "Ulalum" kimi poeziya nümunələri ilə yanaşı "Qara pişik", "Amontiladon dolu çəllək" ("Amontiladon-ispan şərabı"), "Diri-diri basdırılma", "Qızıl böcək", "Təlxək Hopfroq", "Xanım Liqeya", "Morq küçəsində qətl", "Çuxur və kəfkir", "Oğurlanmış məktub", "Döyünən ürək" kimi maraqlı hekayələrin müəllifidir.

Edqar Allan Po Amerika ədəbiyyatında romantik hərəkatın liderlərindəndir. Qısa oçerklər, detektiv və kriminoloji-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçılarından biri kimi qəbul olunur. O həmçinin elmi-fantastik janra da töhfələr verib.

Baxış sayı: 174