XƏBƏRLƏR
MƏLUMAT
Aktauda keçirilən Türk Dünyası Film Festivalında azərbaycanlı ssenarist və aktyor mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2025 09:17

Aktauda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə təşkil olunan Türk Dünyası “Korkıt Ata” Beynəlxalq Film Festivalı baş tutub.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalın proqramına 47 film daxil edilib. Beynəlxalq münsiflər heyəti müxtəlif janrlarda layihələri qiymətləndirib.

Taleh Yüzbəyov (Azərbaycan) “May be” filminə yazdığı ssenariyə görə “Ən yaxşı ssenari” mükafatını qazanıb.

Pərviz Məmmədrzayev (Azərbaycan) “Oil” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasının qalibi olub.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Baxış sayı: 35