XƏBƏRLƏR
MƏLUMAT
Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2025 13:35

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları uğurla davam edir.

Qəbul üç əsas istiqamət üzrə həyata keçirilir: musiqi, rəssamlıq və xoreoqrafiya. Ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

Qeyd edək ki, qəbul 17 iyun 2025-ci il tarixindən başlayıb və 30 iyun tarixinədək davam edəcək.

Baxış sayı: 31