XƏBƏRLƏR
MƏLUMAT
“Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2025 16:18

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli tarixi dram Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunub.

Yeni səhnə əsərində rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Sənan Kazımlı, Niyaz Qasımov, Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov və Yaşar Heydərli ifa ediblər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə və Nəsibə Canəliyevadır.

Rejissorun bədii baxışı ilə təqdim olunan səhnə əsərində tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

Baxış sayı: 23