XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2025 12:38

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva Hökümə Əliyevanın elmi yaradıcılıq və pedaqoji fəaliyyətindən söz açıb, konsert proqramı barədə məlumat verib.

Bədii rəhbər və baş dirijor Fuad İbrahimovun idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xədicə Qasımova, Mələk Mustafazadə, Səbinə Həsənzadə, Zərrin Əliyeva, Kənan Məmmədzadə musiqisevərlərin qarşısında çıxış ediblər.

Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin ifa olunduğu proqram alqışlarla qarşılanıb.

Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə böyük əməyin nəticəsində ərsəyə gələn konsertin təşəbbüskarı Hökümə Əliyevanı və maestronu təbrik edib, gənclərə gələcək uğurlar diləyib.

 

Baxış sayı: 34