XƏBƏRLƏR
MƏLUMAT
"İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2025 14:20

İyunun 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Musiqili Bakı" festivalı çərçivəsində "İnci" rəqs ansamblının "86,6" adlı hesabat konserti təqdim olunub.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə şəhid ailələri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən tədbirdə bir-birindən maraqlı ifalar tamaşaçılara təqdim edilib. 

Qeyd edək ki, "İnci" rəqs ansamblı M.A.Əliyev adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərir , bədii rəhbəri Cavid Məmmədovdur.

Baxış sayı: 33