XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada professor Xəlil İsmayılovun 80 illik yubileyi münasibətilə sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2025 15:18

Milli Kitabxanada “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı virtual və “Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov” adlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual və ənənəvi kitab sərgiləri görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Xəlil İsmayılovun 80 illik yubileyi mübasibətilə hazırlanıb.

Sərgilərdə tarix elmləri doktoru, professor Xəlil İsmayılovun monoqrafiyaları, dərslik və dərs vəsaitləri, elmi redaktoru və rəyçisi olduğu kitablar, həyat və yaradıcılıq yolu haqqında ədəbiyyatlar, dövri mətbuatda və elmi məcmuələrdə nəşr olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xelil_Ismayilov/index.html  linkindən istifadə edə bilərlər.

Baxış sayı: 31