XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı kinooperator “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2025 09:17

Kinooperator Natiq Hüsiyev Almaniyanın Münxen şəhərində keçirilən “Euro Cine Expo – 2025” adlı beynəlxalq sərgidə iştirak edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, sərgidə kino sahəsinə aid ən son texnologiyaların (kamera, işıq, obyektiv və s.) nümayişi ilə yanaşı, süni intellekt, HDR texnologiyası, rejissor-operator əməkdaşlığı, ekoloji film istehsalı kimi mövzularda seminar və panel müzakirələri reallaşıb.

 

Baxış sayı: 33