XƏBƏRLƏR
MƏLUMAT
8 Noyabr – Zəfər Gününə həsr olunmuş kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2021 10:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı və Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin kitabxana əməkdaşları ilə birgə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgi hazırlayıb.

Sərgidə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin fotoları nümayiş edilib.

Bu qələbəni biz Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun rəşadəti, qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin qəhrəmanlığı sayəsində əldə etdik.

Baxış sayı: 472