XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli uşaq musiqi məktəbində Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2019 07:00

Dekabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbində Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri nəzəriyyə şöbəsinin müəllimi S.Cəfərova aparıb. Tədbirdə bəstəkar O. Zülfüqarovun oğlu Əməkdar İncəsənət xadimi, bəstəkar C. Zülfüqarov, nəvəsi Əminə xanım, nəticəsi Əfrasiyab,  Baş İdarənin əməkdaşları,  K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru Fikrət Budaqov, 33 nömrəli uşaq musiqi məktəbinin direktoru N.Əliyeva , S.Rüstəmov adına13 nömrəli uşaq musiqi məktəbinin direktoru T.Salmanov, 30 nömrəli uşaq musiqi məktəbinin direktoru Y.Məmmədov və digər qonaqlar iştirak ediblər.

Məktəbin direktoru V.Həziyeva və  Baş İdarənin musiqi təhsili və incəsənət sektorunun müdiri B. Məmmədəliyevanın çıxışından sonra söz bəstəkarın oğlu C.Zülfüqarova verilib.C.Zülfüqarov çıxış edərək konsertin təşkil olunmasında məktəb rəhbərliyinə, müəllim və şagird heyətinə öz təşəkkürünü bildirib.

Sonda C.Zülfüqarova məktəbin direktoru V.Həziyeva tərəfindən xatirə hədiyyəsi təqdim edilib və tədbir maraqlı konsert proqramı ilə yekunlaşıb.

Baxış sayı: 43202