XƏBƏRLƏR
MƏLUMAT
“Zəfərə aparan yolun qəhrəmanları” rubrikasında Şirxan Quliyev
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 01:59

Şirxan Quliyev 1995-ci il sentyabrın 2-də Xocavənd rayonunda anadan olub. Şirxan Quliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Şirxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şirxan Quliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Şirxan Quliyev ölümündən sonra “Vətən uğrunda”, 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə”, 2021-ci il 24 iyun tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baxış sayı: 116