XƏBƏRLƏR
MƏLUMAT
“Yeni nəfəs” adlı konsert proqramı təqdim ediləcək
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2019 06:29

Noyabrın 8-də, saat 19:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan “Yeni nəfəs” adlı solo konsert proqramı təqdim edəcək.

Konsertdə təhsil müəssisəsinin şagirdləri gözəl ifaları ilə çıxış edəcəklər. Həmçinin məktəbin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva öz ifası ilə azyaşlı şagirdlərə dəstək olacaq.

Baxış sayı: 54014