XƏBƏRLƏR
MƏLUMAT
“20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2024 11:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə 21 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsi ilə tanış olublar.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir başlayıb.

Tədbirdə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı mühazirə dinlənilib.

Sonra şagirdlər qəhrəman şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər səsləndirib, kompozisiya təqdim ediblər.

Sonda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Baxış sayı: 191