XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Poladın izi ilə” sənədli filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/09/2023 01:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində  27  sentyabr-Anım  Günü  ilə  bağlı Azərbaycanın  Milli  Qəhrəmanı,  general-mayor  Polad  Həşimovun əziz xatirəsinə  həsr  olunan “Poladın izi ilə” sənədli filmi  nümayiş olunub.

Film nümayişində Yasamal rayon 175 və 225 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Qonaqlar öncə Mərkəzin Muzey bölməsində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib əziz xatirəsini yad ediblər.

Sonra qeyd olunub ki, 27 sentyabr şanlı zəfərimizin başlanğıcıdır, vətən müharibəsi bizim şanlı tariximiz, Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən  şəhidlər və qazilər qürur mənbəyimizdir.

Sonda Anım Gününə həsr olunan şeirlər səsləndirilib və “Poladın izi ilə” sənədli filmi izlənilib.

Baxış sayı: 265