XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 18:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 sentyabr-Milli Musiqi Günü və dünya şöhrətli Azərbaycan bəstəkarı, milli musiqimizin inkişafında misilsiz xidməti olmuş Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə “Arşın mal alan” filmi nümayiş olunub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxışçılar zəngin həyat yolu keçmiş bəstəkarın elmi-pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətlərindən və ədəbi irsinin əhəmiyyətindən danışıblar.

Sonda “Arşın mal alan” filmi nümayiş olunub.

Baxış sayı: 58