XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə ənənəvi kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 10:38

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunub. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb və bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilib. Bu münasibətlə Milli Kitabxanada “18 sentyabr - Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadəedə bilərlər.

Ənənəvi sərgidə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, görkəmli bəstəkarlar haqqında, Azərbaycan musiqisinin tarixi, musiqişünaslıq, milli musiqi mövzusunda Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunub.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Baxış sayı: 41