XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Beynəlxalq Antalya Yörük Türkmən Festivalında geniş heyətlə təmsil olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2024 09:25

Türkiyədə keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, ölkəmiz festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən təmsil edilib.

Tədbirin son günü azərbaycanlı musiqiçilərin konsert proqramı təşkil edilib. Konsertdə tarzən Pərviz Musayev və kanon ustası Günel Adıgözəlovanın ifasında milli musiqi əsərlərimiz səsləndirilib.

Üç gün davam edən festival ərzində müxtəlif xalqları təmsil edən nümayəndə heyətləri milli geyimlər və dövlət bayraqları ilə Antalyanın mərkəzi hissəsində yürüş edib, milli çadırlar qurulub, xüsusi konsert proqramları təşkil olunub.

Antalyanın Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil edilən festivalda ölkəmizin milli-mədəni dəyərləri, Azərbaycanın Xalq artisti Azərinin, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərovanın, mərkəzin “Xəzər” Xalq Rəqsləri Ansamblı və digər sənətçilərimizin ifasında milli musiqi və rəqslərimiz geniş təbliğ edilib.

Baxış sayı: 59