XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada Bilik Gününə həsr olunmuş kitab sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2024 10:45

Milli Kitabxanada “15 Sentyabr - Bilik Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.

Ənənəvi sərgidə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, milli təhsil strategiyası, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan və s. bilik günü mövzusunda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/ linkindən istifadə edə bilərlər.

 

Baxış sayı: 57