XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı müəllifin nağılı udmurt dilində
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2024 15:32

Rusiya Federasiyasında udmurt dilində həftəlik nəşr olunan "Zeçbur!" (Salam!) uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş qəzetinin növbəti nömrəsində AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin qələmə aldığı “Qarınqulu ayı balası” nağılı dərc edilib.

AZƏRTAC xəbər verir ki, nağılın tərcüməçisi qəzetin baş redaktoru Antonida Yermolina, illüstrasiyanın müəllifi isə gənc rəssam Yekaterina Menzaripovadır.

Hazırda müəllifin yazdığı digər əsərlər də tərcümə edilir və növbəti aylarda nəşrin “Dünya uşaq ədəbiyyatı ilə tanışlıq” rubrikasında udmurtiyalı uşaqlara təqdim olunacaq.

Baxış sayı: 90