XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Xalq artisti Almaniyada yeddi dəfə Alfio partiyasını ifa edəcək
ÜMÜMİ XƏBƏRLƏR
17/09/2024 12:28

Almaniyanın qədim tarixə malik Manheym Opera Teatrı (Nationaltheater Mannheim) yeni mövsümün əvvəlində Lüdviqshafen şəhərindəki teatrında yeddi dəfə Pyetro Maskaninin “Kənd namusu” operasını təqdim edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 19-dan oktyabrın 6-dək göstəriləcək tamaşalarda Alfio partiyasını Azərbaycanın Xalq artisti Əvəz Abdulla ifa edəcək.

Pfalzbau teatrında oynanılacaq tamaşanın quruluşçu rejissoru Roland Velte, musiqi rəhbəri və dirijoru Yanis Liyepinşdir.

 

Baxış sayı: 59