XƏBƏRLƏR
MƏLUMAT
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti olub
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 15:09

18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin icraçı rəhbəri Günay Əliyeva görkəmli violonçelist Leopold Rostropoviç və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaxın dostluq və yaradıcılıq əlaqələrindən bəhs edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib.

İncəsənət Gimnaziyasının rəhbəri Aytən Əhmədova diqqətə çatdırıb ki, konsert proqramı ilə çıxış edən musiqiçilərin hər biri ölkəmizi bu yaxınlarda beynəlxalq arenalarda uğurla təmsil ediblər.

Muzeyin icraçı rəhbəri G.Əliyeva musiqiçiləri qazandıqları uğurlara görə təbrik edib, gözəl ifalarına görə təşəkkürnamələr ilə mükafatlandırıb.

Sonra dahi bəstəkarımızın həyat və yaradıcılığından bəhs edən qısametrajlı film təqdim olunub.

Baxış sayı: 41