
XX əsrin əvvəllərinin - sürətlə inkişaf edən neft Bakısının ən gözəl tarixi, abidəsi “Səadət sarayı”. Bu gün isə Bakının mərkəzində qərar tutan bu möhtəşəm bina bəlkə də ona görə belə heyrətamizdir ki, o, xoşbəxt cütlüyün bir-birinə olan sonsuz sevgisindən yaranıb.
Belə ki, “Səadət sarayı” adlandırdığımız bu tikilini məşhur Bakı milyonçusu Murtuza Muxtarov öz sevimli xanımı Liza Tuqanovanın şərəfinə tikdirib. Sarayın tikilməsinin çox maraqlı tarixçəsi var. Bir dəfə Avropaya səyahət edən cütlük İtaliyanın Florensiya şəhərində də olur. O zaman Liza xanım italyan binalarının memarlığına, xüsusilə də onlardan birinə dərindən valeh olur və bu məftunluğunu həyat yoldaşına bildirir. Təxminən bir il sonra Bakını gəzərkən Muxtarov Lizanı Fars küçəsinə gətirir və birdən Lizanın baxışları uzaq İtaliyada gördüyü saraya bənzər bina ilə rastlaşır. Öz xanımının əllərindən öpən Muxtarov onu yeni mülkləri münasibətilə təbrik edir…
“Səadət sarayı” adlanan bu mülkdə xoşbəxt cütlük həyatlarının ən gözəl günlərini keçirəcəkdi. Saray Polşa memarı İosif Ploşko tərəfindən fransız qotik üslubunda 1911-12-ci illərdə tikilib. Muxtarov Ploşkonu xüsusi olaraq Moskvadan Bakıya dəvət etmiş və sonra da İtaliyaya göndərmişdi ki, sarayla yaxından tanış olsun. Sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri, memarlıq incisidir və bu detallar binanın yanından keçən və ya içəri daxil olan hər kəsi valeh edir.
Ploşko Muxtarov üçün layihə tərtib edərkən düşünürdü ki, o, Şərq üslubunda olacaq. Lakin, “İsmailiyyə” binası xoşuna gəldiyinə görə, M.Muxtarov milli-şərq təfsirində deyil, qotika üslubunda saray tikdirməyi qərara alır. Bu evin fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş, mərkəzi qüllə formasındadır. Fasadlarda olan nəfis sütunlar binaya xüsusi gözəllik verir. Sarayın klassik formalı üçmarşlı mərmər pilləkənə açılan vestibülü çox maraqlıdır. Burada order üsulundan çox fəal surətdə istifadə olunub. Ön pilləkən təmtəraqlıdır, yarımdairəvi tavan isə dekorativ elementlərlə zəngindir.
Təəssüf ki, sevgi ilə təməli qoyulan bu bina sonadək öz sahiblərinə qismət olmur. Belə ki, 1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Muxtarovun evinə gələrək ondan binanı tərk etməyi, sovet hakimiyyətinə tabe olmağı tələb edirlər. Bunu eşidən neft maqnatı tüfəngini götürür, əvvəlcə iki bolşeviki, sonra isə özünü öldürür… Nəticədə bina XI ordunun qərargahına çevrilir. Bakıda qaldıqca həyatına təhlükələr artan Liza xanım isə Türkiyəyə gedir və 1950-ci ilə qədər yaşayır.
Bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qorunur.
Muxtarovun tikdirdiyi gözəl “Səadət sarayı” 100 il sonra da öz missiyasını yerinə yetirməkdə davam edir. Hazırda əsaslı şəkildə təmir olunan, Dövlət Nikah Qeydiyyatı İdarəsinin yerləşdiyi bu bina sanki içəri qədəm qoyan hər kəsə əsl sahiblərinin xoşbəxt ailə qurmaq baxımından xeyir-duasını verir.
Sarayın ön giriş qapısı klassik qaydada işlənmiş konik pilyastrlarla, barokko üslubu motivləri ilə zəngin olan yarımdairə görünüşlü tağlara və karniz elementlərinin keçdiyi yapma naxışlı tavana malik olan salona açılır. Giriş pilləkəninə dekorativ dayaq sütunları ilə xüsusi olaraq keçidi təmtəraqlı surətdə həll edilmişdir. Birmarşlı pilləkən aralıq meydançadakı tağdan keçərək davam etdirilir. Zalın pəncərə açırımları ilə işıqlanan giriş pilləkənlərinin hər iki tərəfində dairəvi formalı foye başlanır. Bu interyerdə dəbdəbə və təmtəraq birləşərək xüsusi məna kəsb edir. Dairəvi balyustradanın ardınca yarımdairəvi profilə malik dərin qapı açırımları ilə tamamlanmış foyenin divarları korinf pilyastrlarına bölünmüşdür.
Pilyastr üzərindəki bəzəkli karniz çox zəngin olan tavana keçmişdir, daha sonra yarımdairəvi tavanın ətrafında çoxsaylı motivlər təsvir olunmuşdur. Yapma işi foyenin aşağı hissəsi ilə ahəngdarlıq yaradaraq keyfiyyətli fəza-məkan mühitinə, memarlığın lirikasına, gözəllik və ecazkarlığa çevrilmişdir. Zallar, qonaq otaqları da barokko üslubunda çoxsaylı yapma elementlərlə işlənmişdir. Sarayın interyerləri sırasında yalnız kitabxana qotik üslubda işlənmişdir.
Planlaşdırma nöqteyi-nəzərindən də saray maraqlı formada işlənmişdir. Xüsusən ikinci mərtəbədə altıguşəli formalı zal diqqəti cəlb edir. Oradan foyeyə üçmarşlı giriş pilləkənləri açılır. Böyük zaldan başlayaraq fasadın qərb hissəsinin bəzəyi olan dəbdəbəli qotik tağlı lociyalara malik orta böyüklükdə zallar antilada sistemi ilə düzülmüşdür.Otaqlar və digər xidməti yerlər koridora tərəf yönəldilmişdir, eyni zamanda onların böyük olmayan həyət sahəsi və doktor döngəsinə çıxışı olan yaşayış korpusu ilə əlaqəsi vardır. Üçüncü mərtəbəyə çıxmaq üçün əsas giriş hissə ilə əlaqəsi olmayan ikimarşlı pilləkənlər vardır.







- 17:03 Mədəniyyət, Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib
- 15:21 Saz ixtisası üzrə ustad dərsi
- 14:19 Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 09:04 Vaşinqtonda Azərbaycan kəlağayılarına həsr olunmuş tədbir keçirilib
- 08:57 Yazıçı-dramaturq Əli Əmirlinin növbəti kitabı “Cənnət qapıları”
- 17:03 “Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycan diplomatiyası” mövzusunda konfrans keçirilib
- 15:42 “Cadenza” orkestrinin növbəti konsert proqramı Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunacaq
- 11:16 Türkmənistan Mədəniyyəti Günləri Gəncədə konsert proqramı ilə başa çatıb
- 10:10 Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 10:06 “Daha yaxşı gələcəyin vədi” – Bakıda Meksika muzeyinin sərgisi açılıb
- 09:16 Dənizkənarı Milli Parkda Türkmənistanın mətbəx mədəniyyətinin təqdimatı olub
- 16:22 “Konstitusiya və Suverenlik: Dövlətçiliyimizin təməl dəyərləri” mövzusunda dəyirmi masa keçirilib
- 16:16 “Misralarda yaşayan ömür” adlı tədbir keçirilib
- 15:08 “Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir” adlı tədbir keçirilib
- 12:19 Xanəndəlik ixtisası üzrə ustad dərsi
- 12:00 Milli Kitabxanada “İctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb
- 10:52 Ustad tarzən, Xalq artisti Ramiz Quliyev vəfat edib
- 09:17 Moskvada Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 16:52 Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub
- 15:55 Şanlı Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib
- 14:17 Violonçel ixtisası üzrə ustad dərsi
- 11:24 Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb
- 10:22 Balaban ixtisası üzrə ustad dərsi
- 10:11 Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində "Türkmən milli irsinin dayağı - Arxadağ" adlı sərgi açılıb
- 09:45 Azərbaycanın mədəni irsi Sofiyada təqdim edilib
- 09:14 Violin ixtisası üzrə ustad dərsi
- 09:12 Paytaxt 20-ci “Baku Jazz Festival”ına hazırlaşır
- 16:56 Fortepiano ixtisası üzrə ustad dərsi
- 15:29 Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib
- 14:25 Kamança ixtisası üzrə ustad dərsi
- 14:12 Gənc Tamaşaçılar Teatrında tanınmış yazıçı İlqar Fəhminin 50 illik yubileyi qeyd olunub
- 11:58 Daşkənddə Özbəkistan və Azərbaycanın ədəbi əlaqələrindən bəhs edən beynəlxalq konfrans təşkil olunub
- 11:23 Mədəniyyət naziri Adil Kərimli Xızıda vətəndaşları qəbul edəcək
- 09:57 Gələn il Bakıda “2-ci Uşaq Teatrı Festivalı” keçiriləcək
- 09:54 Türkmənistan Mədəniyyəti Günləri münasibətilə qardaş ölkənin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
- 09:15 Kopenhagendə Azərbaycanın Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub
- 16:50 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb
- 16:31 H.Abbasov adına Mədəniyyət Mərkəzində “Arşın mal alan” operettasının premyerası baş tutub
- 16:20 “Müasir kontekstdə muzey işi: muzeydə kommunikasiya və ziyarətçi xidməti” adlı treninq keçirilib
- 15:42 Mərdəkan Mədəniyyət Sarayında sərgi keçirilib
- 15:00 Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
- 12:30 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Həmid Abbas - 90” adlı kitab sərgisi açılıb
- 11:01 Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək
- 09:53 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 86 ili tamam olur
- 16:34 Xalq artisti Əminə Yusifqızı vəfat edib
- 15:45 “Heydər Əliyev və Azərbaycanda idman siyasəti” mövzusunda dəyirmi masa keçirilib
- 14:56 Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib
- 14:49 Əməkdar rəssam, professor Arif Ələsgərovun “Köhnə bakılı: həsrət və duyğular” adlı fərdi sərgisi açılıb
- 12:17 TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
- 12:16 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşları qəbul edəcək
- 11:08 “Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb
- 09:22 Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert
- 09:04 Akademik Opera və Balet Teatrının orkestri Omanda çıxış edəcək
- 17:16 Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərini elan etdi
- 15:46 Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərgi açılıb
- 14:07 “Şükriyyə” tamaşası Gürcüstanda nümayiş olunacaq
- 10:09 Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə xüsusi müsabiqə davam edir
- 09:59 “Heydər Əliyev və Azərbaycan” layihəsi çərçivəsində açıq dərs keçirilib
- 09:55 Ustad dərsləri keçiriləcək
- 16:56 Milli Konservatoriyada Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib