XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Əşrəf Həsənovun anadan olmasının 116 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2025 09:19

Bu gün musiqişünas, Xalq artisti, pedaqoq Əşrəf Həsənovun anadan olmasının 116 ili tamam olur.

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir Hacıbəyli), “Aşıq Qərib” (Zülfüqar Hacıbəyov), “Şahsənəm” (Reynqold Qlier), “İvan Susanin” (Mixail Qlinka), “Knyaz İqor” (Aleksandr Borodin), “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “İolanta” (Pyotr Çaykovski), “Qar qızı” (Nikolay Rimski-Korsakov), “Su pərisi” (Aleksandr Darqomıjski), “Aleko” (Sergey Raxmaninov), “Traviata”, “Aida” (Cüzeppe Verdi), “Karmen” (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. O, bir çox dünya ölkələrində qastrol səfərlərində olub. Xalq artisti Əşrəf Həsənov 1983-cü ildə vəfat edib.

Baxış sayı: 55