Yanvarın 18-də Bakıda qəhrəmanlıq tariximiz olan Sədərək döyüşlərinin 35 illiyi münasibətilə Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmin təqdimatından əvvəl Sədərəkdəki döyüşlərdə iştirak etmiş Nəzifə Qaybalıyeva jurnalistlərə açıqlamasında bildirib ki, o zaman döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi, düşməni dayandırmaq üçün əlindən gələni edirdi. O qeyd edib ki, Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” adlandırıldı.
Sədərəkdəki döyüşlərdə iştirak etmiş Eldəniz Əliyev jurnalistlərə müsahibəsi zamanı döyüşlərdə gənclərin qeyri-adi bir fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırıb. "Sədərək alınmaz bir qalaya çevrildi. O vaxt heç kəs geri çəkilməyi düşünmədi. Qanımızda olan cəsarət və iradə ilə torpaqlarımızı müdafiə etdik. Əlimizdə nə silahımız, nə topumuz, nə də təchizatımız var idi. Sədərək uğrunda döyüşdük və bir qarış torpağı belə düşmənə vermədik", - deyə Eldəniz Əliyev qeyd edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Sədərəkdən Şuşaya” filmi barədə məlumat verib. O bildirib ki, bu film Azərbaycan xalqının qəhrəmanlıq tarixini, milli iradəsini və azadlıq uğrunda mübarizəsini əks etdirən mühüm bir əsərdir.G.Nəzərova vurğulayıb ki, filmdə Sədərək döyüşlərindən başlayaraq Şuşanın azad olunmasına qədər keçilən şərəfli yol təsvir olunur. Bu yol xalqımızın milli birliyinin, sarsılmaz əzminin və torpaq sevgisinin parlaq nümunəsidir. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı hər zaman qürurla xatırlanacaq və gələcək nəsillərə örnək olacaq.
"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli “Sədərəkdən Şuşaya” sənədli filminin, Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixini əks etdirdiyini deyib. O qeyd edib ki, şəhidlərimizin qəhrəmanlığı film vasitəsilə gələcək nəsillərə ötürülür və Azərbaycan tarixində əbədi iz buraxır.
Sonra “Sədərəkdən Şuşaya” sənədli televiziya filmi nümayiş olunub.
Filmdə xalqımızın Sədərəkdən Şuşaya qədər keçdiyi böyük Zəfər yolu bir qəhrəmanın nümunəsində göstərilib. Belə ki, film Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur.
Sənədli televiziya filminin təqdimatından sonra çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev və digərləri "Sədərəkdən Şuşaya" filmi barədə təəssüratlarını bölüşərək Sədərək döyüşlərində hər kəsin cəsarətlə, mərdliklə öz doğma torpaqlarını qoruduğunu, birlik nümayiş etdirdiklərini bildiriblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Qeyrət qalası" adlandırdığı Sədərək uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının və əsgərlərinin göstərdiyi qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq müstəsna əhəmiyyət kəsb edir.
Sonda filmin ərsəyə gəlməsində iştirak edən şəxslər təltif olunublar.
Qeyd edək ki, filmin layihə rəhbəri və müəllifi Sahil Tahirli, filmin məsləhətçisi Anar Tahirov, redaktoru Elnarə Heydərova, rejissoru Razim İsmayıllı, operatorları İlqar Məhərrəmov, Ağali Rəhimov, Uğur Bağırov, musiqi tərtibatçısı isə Yaqut Süleymanovadır.
1990-cı illərin Sədərək döyüşləri xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutur. Naxçıvan Muxtar Respublikasının olduqca ağır, mürəkkəb bir vəziyyətdə yaşayıb varlığını qoruduğu həmin illərdə Sədərək erməni quldurlarının əsas sipəri idi. 150 nəfərə qədər qəhrəman Vətən oğlu bu qədim Oğuz-Türk yurdunun müdafiəsində canı və qanından keçərək şəhidlik zirvəsinə ucalıb, Sədərək, eləcə də bütün Naxçıvanın sovet ordusunun da yaxından dəstək verdiyi Ermənistan silahlı qüvvələri tərəfindən işğalına imkan verməyib.
1990-1993-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalan Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati bina, sosial obyekt dağıdılıb.
1990-cı il yanvarın 19-da Sədərək ilk şəhidlərini verib. Hücumun ilk dəqiqələrindən Naxçıvanın bütün rayon və kəndlərindən Sədərəyin köməyinə gələnlər sinələrini düşmən önündə sipər ediblər. Onlardan biri də həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyən Nəzifə Qaybalıyeva idi. O, xəbəri alar-almaz 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərək döyüşlərinə yollanır. Onlarla yaralını xilas edir, Milli Qəhrəman Məhərrəm Seyidov onun qolları arasında əbədiyyətə qovuşur. O dövrdə Nəzifə xanımın Naxçıvan televiziyasına verdiyi müsahibədən sonra yüzlərlə gənc Sədərəyin müdafiəsinə qalxır. Bu gün də Naxçıvan televiziyasının arxivində qorunan həmin kadrları, eləcə də Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini həyəcansız izləmək mümkün olmur.
- 14:18 “Ulduz” jurnalının xüsusi buraxılışı Ankarada çap olunub
- 12:13 Kitabxanada iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi münasibətilə silsilə materiallar hazırlanıb
- 11:44 “Nəğmə dolu bir ürək” adlı xatirə gecəsi keçirilib
- 11:26 Azərbaycan naşirləri Minskdə XXXII Beynəlxalq Kitab Sərgisində iştirak edəcəklər
- 09:49 Bu gün Xalq artisti Hacı İsmayılovun doğum günüdür
- 09:28 Praqada “Qanlı Yanvar” filmi göstərilib
- 09:20 Xalq şairi Zəlimxan Yaqubun məzarı ziyarət olunub
- 17:12 Azərbaycan muğamı “Əl-Cəzirə” telekanalında
- 16:39 “Anamın kitabı” yenidən Şuşa Teatrının səhnəsində
- 16:34 "Sözün Zəlimxan zirvəsi" adlı tədbir keçirilib
- 16:29 “Sazla, sözlə çağlayan,daşan şair!” adlı tədbir keçirilib
- 16:22 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
- 15:18 “Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib
- 14:35 Xalq Şairi Zəlimxan Yaqubun “Seçmə şeirlər” kitabının təqdimatı olub
- 14:33 Milli Kitabxanada “Xalq şairi Zəlimxan Yaqub” adlı kitab sərgisi açılıb
- 14:27 Görkəmli kamança ifaçısı Arif Əsədullayevin 75 illiyi qeyd edilib
- 14:12 Mədəniyyət Mərkəzinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
- 12:46 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunub
- 12:34 “Şəhid anılar, Vətən tanınar” adlı tədbir keçirilib
- 10:15 Bu gün görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə Axundovanın anadan olmasının 101 ili tamam olur
- 10:06 Bu gün Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75-ci ildönümü tamam olur
- 09:44 Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub
- 10:45 "Retro Görüş" layihəsinin növbəti qonağı Xalq artisti Nəzakət Teymurova olub
- 17:50 “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir
- 16:26 İstiqlal Muzeyində “Fəda” adlı tədbir-sərgi təşkil edilib
- 16:22 Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
- 15:37 Milli Kitabxanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
- 15:31 “20 Yanvar – Qanlı və şanlı tarix” adlı sərgi və şahmat turniri keçirilib
- 15:01 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
- 14:53 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
- 14:15 “Ana” tamaşası yenidən Şuşa Teatrının səhnəsində
- 12:48 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
- 12:38 "Azadlıq mübarizəsi" adlı rəsm sərgisi təşkil olunub
- 11:53 Görkəmli bəstəkar Firəngiz Əlizadənin əsəri Berlində səslənəcək
- 11:51 Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 11:26 "Şanlı və Qanlı tariximiz" adlı dəyirmi masa keçirilib
- 10:51 Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatına başlanır
- 09:27 Bu gün Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 99 ili tamam olur
- 09:18 Parlamentin Mədəniyyət komitəsinin iclasında üç məsələ müzakirə edilib
- 09:15 Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib
- 09:13 Düsen Kasainov ICTMD-nin ilk səfiri seçilib
- 16:52 "Hüznlü ana" filmi nümayiş olunub
- 16:50 “Ledi Maqbet” tamaşası yenidən Dram Teatrının səhnəsində
- 16:43 “Tarix unudulmur” adlı tədbir keçirilib
- 15:40 Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Xətai Sənət Mərkəzində sərgi açılıb
- 15:14 Milli Kitabxanada “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
- 15:03 Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş təşkil olunub
- 14:47 Vətən müharibəsi şəhidi Kamran Hacıyevin doğum günü münasibətilə tədbir keçirilib
- 14:08 Rostropoviçlərin Ev-muzeyində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb
- 11:42 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
- 11:32 “İstiqlala gedən yol” mövzusunda açıq dərs keçirilib
- 10:53 Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb
- 10:50 “Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda
- 10:44 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 10:00 Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub
- 09:36 Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb
- 17:39 Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub
- 15:10 “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub
- 12:28 “Qış nağılı” adlı konsert keçirilib
- 11:57 Qazaxıstanın tanınmış rejissoru Akademik Milli Dram Teatrında olub