XƏBƏRLƏR
MƏLUMAT
Praqada “Qanlı Yanvar” filmi göstərilib
ÜMÜMİ XƏBƏRLƏR
22/01/2025 09:28

Yanvarın 20-də Praqadakı Azərbaycan Mədəniyyət Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişinə Azərbaycan diasporunun, ölkəmizin və Türkiyə səfirliyinin nümayəndələri toplaşıblar.

Filmə baxdıqdan sonra diskussiya aparılıb və Azərbaycan diasporunun nümayəndələri bu faciəli hadisə ilə bağlı şəxsi acı xatirələrini bölüşüblər.

Azərbaycan Mədəniyyət Mərkəzində açılan kinoklub çərçivəsində nümayiş etdirildiyi üçün gecənin iştirakçıları filmin bədii komponentini də müzakirə ediblər. Türkiyə səfirliyinin konsulu Volkan Tanıldız da bu faciəli tarixlə bağlı başsağlığı verib və filmlə bağlı fikirlərini bildirib.

Baxış sayı: 47