XƏBƏRLƏR
MƏLUMAT
Xalça Muzeyində mühazirə - “Süjetli Şuşa xalçaları”
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2022 03:14

Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində “Süjetli Şuşa xalçaları” adlı mühazirə keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, iştirakçılar muzeydə qorunub saxlanılan XIX - XX əsrlərə aid Şuşaya aid süjetli xalçaların ideya və bədii quruluşu, eləcə də həmin dövrdə yaşamış insanların həyat tərzi barədə maraqlı məlumatlar əldə edəcəklər.

Mühazirə muzeyinin direktor müavini, baş fond mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova tərəfindən təqdim olunacaq.

Baxış sayı: 154