XƏBƏRLƏR
MƏLUMAT
Vətən müharibəsinin şəhidi Nurlan Ağakişiyev haqqında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
06/10/2021 03:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən Müharibəsinin birinci ildönümü ilə bağlı “Zəfərə doğru gedən yol” layihəsində kitabxananın əməkdaşı Aynur Hacıyeva Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Nurlan Ağakişiyev haqqında videoçarx hazırlayıb.

Nurlan Ağakişiyev 2002-ci il iyulun 22-də Sumqayıt şəhərində Qarabağ müharibəsinin qazisi Etibar Ağakişiyevin ailəsində anadan olub. 2008-2017-ci illərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə İdarəetmə və Texnologiya Kollecində təhsil alıb.

Nurlan Ağakişiyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Ağakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonu istiqamətində sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Nurlan Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Videoçarxa aşağıdakı keçidlərdən baxa bilərsiniz:

https://www.instagram.com/tv/CUrT5YQguLz/?utm_medium=copy_link

https://facebook.com/story.php?story_fbid=2237140823104811&id=100004267441394

Baxış sayı: 1620