XƏBƏRLƏR
MƏLUMAT
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
ÜMÜMİ XƏBƏRLƏR
09/09/2024 09:36

Venesiyada 81-ci Beynəlxalq Film Festivalının qalibləri elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

“Ən yaxşı film” nominasiyasında “Qızıl Şir” mükafatını ispan rejissoru Pedro Almodovarın Tilda Svinton və Culian Murun baş rollarda çəkildiyi “Qonşu otaq” adlı yeni ekran əsəri qazanıb.

“Qonşu otaq” filminin süjetinə görə, İnqrid və Marta gəncliklərində yaxın dost olublar. Sonradan onların yolları ayrılıb və biri məşhur yazıçı, digəri isə müharibə jurnalisti olub. Uzun illər sonra qadınlar kədərli şəraitdə yenidən birləşməli olublar.

Baxış sayı: 76