![](https://az.baku-art.com/images/01072024/17198372823758028304_1200x630pp.jpg)
Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Prezidentinin Milli Saraylar İdarəsi Topkapı Sarayı dairə başçısı İlhan Kocamanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə İ.Kocaman Osmanlı İmperiyasının 600 illik tarixinin 400 ilində Osmanlı sultanlarının yaşadığı və dövlətin inzibati mərkəzi kimi istifadə edilən sarayın strukturları, memarlığı, kolleksiyaları barədə məlumat verib. 300 minə yaxın arxiv sənədləri ilə dünyanın ən böyük muzey-saraylarından olan bu mədəniyyət ocağının Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1924-cü il aprelin 3-də ölkənin ilk muzeyi olaraq fəaliyyətə keçdiyini deyib. Topkapı Saray-Muzeyinin Azərbaycan muzeyləri ilə əməkdaşlığa açıq olduğunu qeyd edən dairə başçısı dövlətlərimiz arasında yüksək səviyyəli münasibətləri vurğulayaraq, mədəniyyət sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığını söyləyib.
Mərkəzin direktoru Samir Abbasov Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın qarşılıqlı səfərləri, imzaladıqları sənədlər, mədəniyyət sahəsində əməkdaşlıq haqqında danışaraq, muzeylərimiz arasında birgə layihələrin əhəmiyyətini qeyd edib. O, Azərbaycanda muzey sahəsində həyata keçirilən işlər, eləcə də ölkənin aparıcı muzeyləri haqqında məlumat verərək, dünyanın ən böyük və unikal muzeylərindən olan Topkapı ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq, təcrübə mübadiləsinin aparılmasının ölkəmiz üçün əhəmiyyətini vurğulayıb. Diplomat Topkapı saray-muzeyində Azərbaycan tarixi üçün də əhəmiyyətli eksponatların yer aldığını və gələcəkdə birgə layihələr əsasında bu əsərlərin Azərbaycanda da nümayiş etdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinə dair sərgilərin Topkapının qalereya və salonlarında sərgilənməsinə dair təkliflər irəli sürüb.
Görüşdə Azərbaycan muzeyləri ilə qarşılıqlı əməkdaşlıq, Topkapı sarayının kitabxanasında saxlanılan Azərbaycana dair əlyazmaların tədqiqata cəlb olunması, Saraylar İdarəsinin ixtisas kitabxanasına Azərbaycana dair nəşrlərin hədiyyə olunması, bu tarixi məkanda Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Samir Abbasov İstanbuldakı muzey sahəsində qabaqcıl təcrübə olan Rəqəmsal Təcrübə Muzeyi (Dijital Deneyim Müzesi) ilə də tanış olub. Mərkəz rəhbəri burada ziyarətçilər üçün yaradılan imkanlar, müxtəlif guşələr, rəqəmsal otaqlar, dəhlizlər, məlumat sensorlarına baxış keçirib. Ziyarət zamanı muzey rəhbərliyi ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini müzakirə edilib, gələcəkdə ölkəmizin muzeyləri ilə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
Ənənəvi muzey ziyarətindən fərqli olaraq, yeni yanaşma olaraq Rəqəmsal Təcrübə Muzeyində sensor ekranlar, süni intellektlə dəstəklənən interaktiv tətbiqlər kimi müxtəlif texnologiyalardan istifadə edilərək ziyarətçilərə əsərlərlə birbaşa ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı yaradılıb.
Qeyd edək ki, İstanbul Rəqəmsal Təcrübə Muzeyində yenilikçi addımları və müasir yanaşmaları sayəsində ənənəvi muzeyşünaslıq anlayışını texnologiyanın sonsuz imkanları ilə birləşdirərək mədəniyyət və incəsənətin universal dilini yaradılıb.
Muzeyin hər bölümündə ziyarətçilərə incəsənətin müxtəlif ölçüləri ilə qarşılaşmaq imkanı verən interaktiv sərgilər təşkil edilib, interaktiv dizayn və proqram təminatı vasitəsilə yerli yaradıcılıq və innovasiyaların nümayişi kimi türk proqram tərtibatçı-dizaynerləri tərəfindən diqqətlə hazırlanıb. Təqdim etdiyi 3D və 4D təcrübələri ilə muzey hər ziyarətdə yeni hekayə və macəra təqdim edir. Muzey hər yaşdan və hər təbəqədən olan ziyarətçilərə sənət və texnologiyanın sehrli dünyasını kəşf etməyə və yaradıcılıqlarını üzə çıxarmağa imkan verir.
![](/images/gallery/58824/17198372822409246672_1200x630q.jpg)
![](/images/gallery/58824/17198372824496735247_1200x630n.jpg)
![](/images/gallery/58824/1719837282491434201_1200x630s.jpg)
![](/images/gallery/58824/1719837282705730336_1200x630x.jpg)
- 10:59 “Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
- 09:25 Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək
- 09:22 Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub
- 16:14 Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib
- 16:12 Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır
- 11:40 “Beş manatlıq gəlin” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 11:36 “Lokomotiv və vaqonlar” hazırdır
- 10:45 “Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
- 09:30 Milli Prado Muzeyi İspaniyada incəsənət və sosial dəyişikliklər (1885-1910) adlı sərgini təqdim edir
- 09:20 Məktəb-studiyanın yekun konserti olub
- 16:19 İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub
- 15:51 “Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
- 14:17 Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam etdirilir
- 12:35 “Cəhənnəm sevgisi” adlı tamaşa nümayiş olunub
- 12:21 “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə
- 11:52 Milli Kitabxananın əməkdaşları tərəfindən “Süleyman Ələsgərov” adlı ilk fundamental biblioqrafiya hazırlanaraq nəşr edilib
- 10:50 “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert
- 09:40 Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub
- 09:32 Mədəniyyət naziri Adil Kərimli Gədəbəydə vətəndaşları qəbul edəcək
- 09:22 Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib
- 09:19 Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
- 17:36 Əmək qanunvericiliyinə dair təlim yekunlaşıb
- 16:46 Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub
- 16:01 Sənədli kino ustası Ziya Şıxlinski yeni filmin çəkilişinə hazırlaşır
- 15:55 Sertifikatlar sahiblərinə təqdim olunub
- 15:04 “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib
- 14:29 Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb
- 09:54 Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
- 09:38 ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək
- 09:33 “Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb
- 09:29 Bu gün Xalq artisti Tofiq Mövləvinin anadan olmasının 86-cı ili tamam olur
- 09:26 Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub
- 15:52 Kitabxanada gənc rəssamın sərgisi nümayiş olunub
- 15:46 Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin hesabat konserti keçirilib
- 14:53 Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
- 12:08 Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 11:41 Baku Piano Festivalında Raymond Pauls haqqında film göstərilib
- 11:36 Bu gün görkəmli aktrisa Barat Şəkinskayanın anadan olmasından 110 il ötür
- 09:40 Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
- 09:18 Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 187 ili tamam olur
- 09:15 İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb
- 16:24 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan tədbir keçirilib
- 16:05 Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib
- 16:03 Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
- 14:27 Dövlət Mahnı Teatrında Ələkbər Tağıyevin mahnılarından ibarət konsert təşkil olunub
- 11:46 Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir
- 10:24 “Müasir Azərbaycan Ordusunun qurucusu” adlı tədbir keçirilib
- 10:18 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
- 10:11 Kitabxananın 45 illik yubileyi ilə əlaqədar informasiya löhvəsi hazırlanıb
- 09:51 “Peter musiqi alətləri diyarında” adlı tamaşa təqdim edilib
- 09:34 Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
- 09:31 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlanıb
- 09:24 Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında
- 09:20 Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
- 16:44 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
- 16:39 Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan sərgi təşkil olunub
- 15:29 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
- 15:26 “Azərbaycan ordusunun şanlı tarixi” adlı tədbir keçirilib
- 15:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 14:55 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi uğurla davam edir