XƏBƏRLƏR
MƏLUMAT
Əmək qanunvericiliyinə dair təlim yekunlaşıb
ÜMÜMİ XƏBƏRLƏR
01/07/2024 17:36

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşə səriştələrinin formalaşdırılması və inkişafı məqsədilə yeni tədris modulları əsasında hazırlanmış ixtisasartırma kursu sona çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, keçirilən kursun məqsədi iştirakçılara əmək münasibətlərinin qanunvericiliyə uyğun aparılması qaydaları və digər sahəvi biliklərin təkmilləşdirilməsidir.

Xatırladaq ki, cari ilin may-iyun ayları ərzində Azərbaycan Milli Kitabxanasında keçirilən əmək qanunvericiliyinə dair təlim Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbər şəxsləri və insan resursları üzrə mütəxəssisləri üçün nəzərdə tutulub.

Təlimin sonunda dinləyicilər əmək qanunvericiliyinin əsasları, müəssisənin insan resursları işinin təşkili, mühafizəsi qaydaları, sahəyə uyğun qanunvericilik və digər mövzular haqqında biliklər əldə edərək test imtahanı nəticəsindən asılı olaraq sertifikatlarla təltif olunublar.

Baxış sayı: 109