
Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olub. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınan xeyriyyəçilərdən biri olub. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olub. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışıblar.
Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakı şəhər 1 nömrəli orta məktəbdə oxuyub, lakin həmin tədris ocağının hərbi təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 nömrəli məktəblərdə davam etdirib. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 nömrəli şəhər musiqi məktəbində də təhsil alıb. 1956-cı ildə məktəbi fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirib.
Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışıb. 1959-1964-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil alıb. 1964-cü ildə Bakının Suraxanı rayonundakı S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışıb. Elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olub. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olub. 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirib. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar alıb.
Televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlayaraq, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq edib. 1969-cu ildə təşkil olunan "Ekran" yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunub və yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olub.
2000-ci ilin sonuna qədər 45-dən çox sənədli film çəkib. 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilən 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparıb. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir. 1992-1997-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində "Rejissorluq və aktyorluq sənəti" fənni üzrə kurs rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.
Nazim Rza 1974-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
- 16:35 Azərbaycanlı opera sənətçisi Avropa səhnələrində
- 15:02 “Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub
- 14:33 Əziz Mirəhmədova həsr olunan biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb
- 14:30 “Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub
- 12:30 Bu gün Xalq artisti Elza İbrahimovanın anım günüdür
- 11:12 Milli Kitabxanada “Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” adlı sərgi açılıb
- 10:21 Fikrət Əmirovun “Min bir gecə” baleti ilk dəfə Oman səhnəsində nümayiş olunub
- 09:56 Bu gün Xalq artisti Möhsün Sənaninin anım günüdür
- 09:26 “Sehrbazlar dərəsi” tamaşasının premyerası olacaq
- 17:21 Azərbaycan Vətən müharibəsində Şanlı Qələbəsinin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi
- 16:09 “Killerdən teleqram” monotamaşası yenidən səhnədə
- 14:56 "Siz eşq dediniz, biz Vətən dedik" adlı tədbir keçirilib
- 12:33 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 12:29 Yaponiyada Qara Qarayevin yaradıcılığına həsr edilmiş konsert olub
- 12:19 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 09:36 Dahi özbək şairi Əlişir Nəvainin abidəsi ziyarət edilib
- 09:21 Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub
- 16:19 “Qəhrəmanlar unudulmur” adlı dəyirmi masa keçirilib
- 15:12 Beynəlxalq Muğam Mərkəzində Gülhüseyn Kazımlının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:07 Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib
- 14:52 Sözün sehrini yaşadan ustad – Firudin Ağazadənin 75 illik yubileyi qeyd olunub
- 14:35 “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı səyyar sərgilərin keçirilməsinə başlanılıb
- 12:37 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin uğuru
- 11:44 Səsi ilə könüllərdə iz qoyan sənətkar - Şövkət Ələkbərova
- 09:59 Xalq artisti Tofiq Tağızadənin doğum günüdür
- 09:23 Adil Kərimli Astanada "Daşa yazılmış tarix" kitabının təqdimatında çıxış edib
- 09:17 Azərbaycanlı yazıçının “Abaddon” romanının Qahirədə təqdimatı olub
- 09:15 Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir
- 17:08 Vətən müharibəsi şəhidi Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
- 15:42 Q.Qarayevin anadan olmasının 107 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
- 14:42 Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub
- 12:04 Qara Qarayevə həsr olunan elmi-praktik konfrans keçirilib
- 11:05 Türkiyə telekanalında Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli film nümayiş etdiriləcək
- 09:53 Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
- 09:49 Xalq artisti Firəngiz Şərifovanın doğum günüdür
- 09:14 Azərbaycan dəyərlərini əks etdirən “Üç Çizgi" jurnalı Türkiyədə yenidən işıq üzü görüb
- 09:11 Qara Qarayevin ev-muzeyində dahi bəstəkarın 107 illiyi qeyd olunub
- 16:51 Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar
- 16:15 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 16:09 Albaniyada “İRS” jurnalının növbəti sayı çapdan çıxıb
- 14:27 Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecə keçirilib
- 12:42 Dirijor və skripka ifaçısı Dmitri Sitkovetski Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçib
- 10:50 “Avroviziya-2025” müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçı bəlli olub
- 10:16 Xalq yazıçısı Rüstəm İbrahimbəyovun doğum günüdür
- 10:02 Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin doğum günüdür
- 09:23 Xalq artisti Əlibaba Məmmədovun anadan olmasının 95 ili tamam olur
- 09:20 “Şərikli çörək” filmi nümayiş olunub
- 17:13 Azərbaycan Milli İncəsənət Muzeyində Britaniya incəsənətinə dair yeni layihə həyata keçirilir
- 16:06 Düyməcik tamaşasının oxunuş məşqlərinə başlanılıb
- 14:58 Azərbaycanın xalq nağılları “Masal Masal Türkiyə” mobil tətbiqinə daxil ediləcək
- 14:54 Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Milli Musiqi Sənəti İnstitutu arasında Memorandum imzalanıb
- 12:21 Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub
- 12:13 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 12:02 Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir keçiriləcək
- 11:45 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
- 11:43 “Dədə Qorqud” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 11:08 Musiqi və incəsənət məktəb və mərkəzlərində keçiriləcək müəllimlərin attestasiyası ilə bağlı infosessiya təşkil edilib
- 10:55 Fəxrəddin Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” adına layiq görülüb
- 10:42 Bu gün Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun 80 yaşı tamam olur
- 10:28 “Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib