XƏBƏRLƏR
MƏLUMAT
Şövkət Ələkbərova adına Mədəniyyət evi Azərbaycan Kinosu Günü münasibətilə videoçarx hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
30/07/2021 05:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına Mədəniyyət evi 2 avqust Azərbaycan Kinosu Günü münasibətilə videoçarx hazırlayıb.

Videoçarxda mövzu ilə bağlı məlumat verilib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün milli kinonun yaranma günü sayılır.

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=4108827472546792&id=100002587397747

 

 

Baxış sayı: 110