XƏBƏRLƏR
MƏLUMAT
“Sevimli kitablarımı oxuyuram və sizi də dəvət edirəm” adlı videoməlumat hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2024 14:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Sevimli kitablarımı oxuyuram və sizi də dəvət edirəm” adlı videoməlumat hazırlayıb.

Videoməlumatda uşaq kitabları haqqında məlumat verilir, nağıllar və əfsanələrin bizi xalqın keçmişi, məişəti, mədəniyyəti ilə tanış etdiyi bildirilir. Kitabxananın əməkdaşı “Nə, harda, nə zaman?” adlı ensiklopediya, Astrid Lindqrenin “Damda yaşayan Karlson yenə də dəcəllik edir”, Sevda Mikayılqızının “Yer üzünün mələkləri”, Sevinc Nuruqızının “Melisa” adlı kitabları haqqında məlumat verərək kiçikyaşlı oxcuları kitabxanaya dəvət edir.

Videoməlumata aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

Baxış sayı: 170