XƏBƏRLƏR
MƏLUMAT
"Səhnəmizin Günahsız Abdullası" başlığı altında videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2021 01:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı görkəmli aktyormuz Mikayıl Mirzənin anım günü ilə əlaqədar "Səhnəmizin Günahsız Abdullası" başlığı altında videoçarx hazırlayıb.

Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.

Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

O, teatrda Qoca (L.Frank, "Yad adam"), Eyvaz, Muradov (İ.Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), İxtiyar (H.Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid, Şair ("Fəryad", “Yollara iz düşür”, Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Mirzə Ələkbər Sabir, Tərs Tahir ("Sizi deyib gəlmişəm", "Adamın adamı", Anar), Bəxtiyar ("Fitnə", A.Şaiq) rollarını ifa edib.

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb. O, iki çağırış Milli Məclisin deputatı seçilib. Akademik Milli Dram Teatrındakı aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə həm də Bakı Mədəni - Marrif Texnikumunun direktoru vəzifəsində çalışıb.

Mikayıl Mirzə 2006-cı il iyun ayının 3-də dünyasını dəyişib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mövzu ilə əlaqədar videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CPpGbOQBTXG/?utm_medium=copy_link

Baxış sayı: 97