XƏBƏRLƏR
MƏLUMAT
Səbail rayon MKS-i oxucuları məşhur Amerika yazıçısı Cek Londonun yaradıcılığı ilə tanış edib
ÜMÜMİ XƏBƏRLƏR
15/05/2020 01:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ramilə Əsədova #kitaboxumayanqalmasın layihəsində Amerikalı yazıçı, daha çox sərgüzəştlərlə dolu hekayə və  romanların müəllifi olan Cek Londonun həyat və yaradıcılığından danışaraq ona həsr olunmuş videoçarx hazırlayıb.

Macəra janrına üstünlük verən amerikalı yazıçı Cek London (Con Qriffit Çeyni) 1876-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində doğulub. Çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olan Cek London bir müddət dənizdə işləyir və bu, onda güclü təəssüratlar oyatmaqla gələcək yaradıcılığına böyük təsir göstərir. “Balıqçı patrulunun hekayələri” bir növ bioqrafik hekayələr adlandırıla bilər.

Oxucularının ürəyinə daha çox “Martin İden” romanı ilə yol tapan Londonun bundan başqa “Oyun”, “Bəyaz diş”, “Adəmə qədər”, “Əcdadların harayı” kimi povestləri, “Həyat eşqi”, “Günəşin oğlu”, “Smok Bellü hekayələri”, “Şaxtanın övladları” və digər hekayələri də maraqla qarşılanıb.

Hekayələrinin böyük qismi XIX əsrin sonu XX əsrin əvvəllərində Amerikada yaşanmış “qızıl sətəlcəmi” (Gold rush) zamanı Alyaskada qızılaxtaranlar və oradakı həyat tərzi barədədir. Cek Londonun əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilib.

Yaşadığı qısa muddətdə 40 möhtəşəm kitab yaza bilib. Böyük yazıçı 40 yaşında, 1916-cı ildə böyrək xəstəliyindən əziyyət çəkdiyinə görə yüksək dozada ağrıkəsici qəbul edərək dünyasını dəyişib. Bəzi mənbələrdə özünə intihar etdiyi bildirilir.

Videoçarxa aşağıdakı keçiddə baxa bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=1795069030645328&id=100004267441394

Baxış sayı: 268