XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində “Not bayramı” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2023 06:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş  “Not bayramı” adlı konsert keçirilib.

Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradıldığını qeyd ediblər.

Tədbirin bədii hissəsində şagirdlərin təqdimatında rəngarəng səhnəciklər və ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 520