XƏBƏRLƏR
MƏLUMAT
Ruhulla Axundov adına Mədəniyyət evində "Zəfərimiz mübarək" adlı tədbir keçirilib.
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2022 01:33

Noyabrın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evində "Zəfərimiz mübarək" adlı tədbir keçirilib.

Tədbirdə Bakı Mühəndislik Universitetinin "Bədii Yaradıcılıq bölməsi"nin özfəaliyyət kollektivlərinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova, AYB-nin üzvü, şair Zaur Rəxşana, 244 nömrəli Uşaq bağçasının müəllimi Nazilə Mürvətova iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.Sonra "Zəfər günü" haqqında məlumat verilib.

Tədbir zamanı  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Nəfəs Alətləri Orkestri,  AYB-nin üzvü, şair Zaur Rəxşana "Vətən uğrunda" şeir kompozisiyası ilə çıxış edib.

Baxış sayı: 128