XƏBƏRLƏR
MƏLUMAT
Ruhulla Axundov adına Mədəniyyət evində 18 oktyabr Azərbaycan Respublikasınını Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2019 01:53

Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ruhulla Axundov adına Mədəniyyət evində Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 229 saylı uşaq bağçasının kollektivi və körpələri iştirak ediblər.

Tədbirin əvvəlində Mədəniyyət Evinin direktoru Afət İbrahimova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Himn səsləndikdən sonra Mədəniyyət Mərkəzinin metodisti Natəvan Hüseynova Azərbaycanın 2 dəfə əldə olunan şərəfli müstəqillik yolundan bəhs edən məruzə ilə çıxış edib.

Tədbir 229 saylı bağçanın körpələrinin ifasında olan şeir, mahnı və rəqslərlə davam edib.

Baxış sayı: 18047