XƏBƏRLƏR
MƏLUMAT
Respublika Uşaq Kitabxanasının əməkdaşları uşaq evini ziyarət ediblər
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2024 17:05

Fevralın 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin (AKMP) dəstəyi ilə 1 saylı Uşaq evi ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, kitabxananın bir qrup əməkdaşı və uşaq yazarı Sevinc Nuruqızının təşkilatçılığı ilə keçirilən görüş “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə təyin olunub.

Tədbirdə uşaq evinin balaca sakinlərinin əl işləri, rəsmləri və sənətkarlıq işləri ilə yaxından tanışlıq olub və uşaqların təqdimatında hazırlanmış rəqslər maraqla qarşılanıb.

Görüşün sonunda Respublika Uşaq Kitabxanası və AKMP İctimai Birliyi adından uşaqlara müxtəlif yaş qruplarına dair 275 nüsxə kitab və “Göyqurşağı” uşaq jurnalı hədiyyə edilib.

Baxış sayı: 170