XƏBƏRLƏR
MƏLUMAT
Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi “Azərbaycan mədəniyyətinin himayədarı” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2023 07:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan mədəniyyətinin himayədarı” adlı tədbir keçirib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısında yorulmaz fəaliyyəti və xidmətlərindən bəhs edilib, Ümummilli liderin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələr, mədəniyyət xadimlərinə olan qayğı və dəstəyi xüsusi vurğulanıb.

Sonra məktəbin xor kollektivi, orkestr alətləri şöbəsinin ansamblı, xalq çalğı alətləri ansamblı, istedadlı şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Baxış sayı: 498