XƏBƏRLƏR
MƏLUMAT
“Zamansız və məkansız” sərgisinin açılışı
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2025 12:36

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisi olacaq.

Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq. İzləyicilər Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanış ola biləcəklər.

Baxış sayı: 28