XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2025 16:07

Sentyabrın 11-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin (1943-2025) Fəxri xiyabanda məzarı ziyarət olunub.

Mədəniyyət naziri Adil Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, elmi və yaradıcılıq təşkilatlarının rəhbərləri, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi mərasimdə ədibin məzarı üzərinə əklil və çiçəklər düzülüb.

Baxış sayı: 26