XƏBƏRLƏR
MƏLUMAT
“Novruz - xalqımızın milli birlik bayramıdır” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2024 10:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Novruz - xalqımızın milli birlik bayramıdır” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, ziyalılar, mədəniyyət işçiləri, şagird və tələbələr iştirak ediblər.

Qonaqlar ilk öncə Ümummilli lider Heydər Əliyevin xatirə abidəsini ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxışçılar Novruz bayramının  mənşəyi və tarixi, bu bayramla əlaqədar xalq arasında yaranmış adət-ənənələrdən bəhs ediblər.

Sonra “Ümummilli lider Heydər Əliyev və Novruz dəyərləri” adlı mühazirə dinlənilib.

Bədii hissədə Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri və milli rəqs nümunələri təqdim olunub. “Novruz gəlir, yaz gəlir” adlı sərgiyə baxış keçirilib, “Heydər Əliyev və Novruz dəyərləri” adlı film nümayiş edilib.

Baxış sayı: 254