XƏBƏRLƏR
MƏLUMAT
Novruz bayramı ilə əlaqədar videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2021 08:10

Bakı Şəhər Mədəniyyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialı Novruz bayramı ilə əlaqədar videoçarx hazırlayıb.

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

Novruz "təzə il" deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gəlir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər.

Novruz bayramı halallıq, təmizlik bayramıdır. Bayrama bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruzun bir bəzəyi də kosa və keçəldir.

Videoçarxı aşagıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CMlspl7hSJr/?igshid=1ld1u9ipuvt7b 

Baxış sayı: 270