XƏBƏRLƏR
MƏLUMAT
“Muzeylərimiz bu gün. Cəfər Cabbarlının ev-muzeyi” adlı səyyar sərgisi təşkil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2023 05:45

Mayın 18-də, saat 11:00-da ​ Xəzər Universitetinin​ Dünya Məktəbində “18 may​ Beynəlxalq Muzeylər Günü” ilə bağlı​ Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlı ev-muzeyinin​ “Muzeylərimiz bu gün. Cəfər Cabbarlının ev-muzeyi” adlı səyyar sərgisi təşkil olunacaq.

Sərgidə Azərbaycan klassik ədəbiyyatının ​ görkəmli nümayəndəsi, tanınmış teatr və kino xadimi Cəfər Cabbarlının zəngin həyat və yaradıcılığını əks etdirən foto-arxiv və muzey materiallarından istifadə olunacaq.

Baxış sayı: 331