XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Aprel döyüşləri” ilə əlaqədar silsilə materiallar hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 11:18

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aprel döyüşləri - bizim şanlı qələbəmizdir” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Həmçinin “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı ənənəvi geniş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Aprel döyüşləri haqqında dövri mətbuat məqalələri, kitablar, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm  linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Aprel döyüşlərinin xatirəsi”, Aprel döyüşləri haqqında kitablar, məqalələr, fotoqalereya və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/aprel_doyusleri/index.html  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə böyük Zəfərin başlanğıcı - Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən, tarixi Zəfərimizin əldə olunmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan əsgərinin rəşadətindən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolundan bəhs edən Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Ənənəvi kitab sərgisi 1 həftə davam edəcək.

Baxış sayı: 176