XƏBƏRLƏR
MƏLUMAT
Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan nadir kitablardan biri
ÜMÜMİ XƏBƏRLƏR
07/09/2020 06:23

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir kitablar fondunda saxlanılan nümunələrdən biri XIX əsrin məşhur fransız səyyahı, etnoqraf və tarixçi alim İvan Şopenin “Erməni vilayəti”nin Rusiya imperiyasına birləşməsi dövründəki tarixi yadigarı” (“İstoriçeskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v epoxu eyo prisoedineniya k Rossiyskoy imperii”) adlı əsəridir.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1852-ci ilə aid olan bu kitabda XIX əsrin birinci yarısında Rusiya tərəfindən Şimali Azərbaycanın istilası zamanı yaradılan “Erməni vilayəti”nin tarixi və coğrafiyasından, ictimai, siyasi və iqtisadi vəziyyətindən bəhs edilir.

Baxış sayı: 171