XƏBƏRLƏR
MƏLUMAT
“Mənim Ana dilim” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2024 17:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü ilə bağlı “Mənim Ana dilim” adlı tədbir keçirib.

Tədbirdə ilk olaraq Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb. Çıxış edənlər şagirdlərə ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynaması barədə məlumat veriblər.     

Sonra məktəbin şagirdləri ana dilimiz haqqında şeirlər söyləyiblər.

Baxış sayı: 200